UEFA Manchester United-i cəzalandırdı


İdman 20 Okt 2018 10:54:00 335 0

UEFA Manchester United-i cəzalandırdı

UEFA İntizam Komitəsi İngiltərənin Manchester United klubunu cərimələyib. 

Goal.az qurumun saytına istinadən xəbər verir ki, buna səbəb Çempionlar Liqasının II turunda evdə İspaniya Valencia-sı ilə keçirilmiş matçın gec başlamasıdır. İngiltərə təmsilçisi buna görə 15 min avro ödəməli olacaq.

Qeyd edək ki, Manchester United - Valencia matçı 0:0 hesabı ilə başa çatıb. Meydan sahiblərinin avtobusu tıxaca görə oyunun keçirildiyi "Old Trafford" stadionuna gec çatıb.