Xalq artisti: “Efirdə min oyundan çıxır, görəndə əsəbiləşirəm”


Kriminal 20 Okt 2018 10:25:00 290 0

Xalq artisti: “Efirdə min oyundan çıxır, görəndə əsəbiləşirəm”

Tanınmış diktor, xalq artisti Sabir Ələsgərov şou verilişlərini tənqid atəşinə tutub.

Son.az bildirir ki, yenicag.az-a açıqlama verən ekspert fikirlərini sərt formada ifadə edib:

"Baxırsan efirə, bilmirsən, qonaq kimdir, aparıcı kim. Müğənni oxuyan kimi aparıcı ortalığa düşüb oynayır, təlxəklik edir. Gah yerdə bardaş qurub oturur, gah şpaqat açır. Reytinq xatirinə min oyundan çıxırlar. Baxanda əsəbiləşirəm. Buna görə də dəvət edirlər, heç o verilişlərə də getmirəm. Bilirəm ki, dəxilsiz, gic-gic suallar verəcəklər. İllərlə qazandığım hörməti yerə vura bilmərəm axı".