Misirdə Emil Rəhimovun "Azərbaycan: Müsəlman Şərqində ilk demokratik Respublika" başlıqlı qələmə aldığı kitabın təqdimatı keçirilib FOTO


Digərləri 20 Okt 2018 10:03:00 252 0

Misirdə Emil Rəhimovun "Azərbaycan: Müsəlman Şərqində ilk demokratik Respublika" başlıqlı qələmə aldığı kitabın təqdimatı keçirilib  FOTO

Cari ilin 18 oktyabr tarixində AR-ın Misirdəki Səfirliyində 18 oktyabr müstəqillik günü münasibətilə tədbir keçirilmişdir.

Bu barədə Day.Az-a Səfirliyin Mətbuat Xidmətindən bildirilib.

Tədbirdə Misirin ictimai-siyasi xadimləri, iş adamları, dostluq qrupunun üzvləri, kütləvi informasiya vasitələri və diaspora iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan AR-ın Misirdəki səfiri Tural Rzayev bu il Azərbaycanda Respublikanın qurulmasının 100 illiyinin təntələli şəkildə qeyd edildiyini bildirmişdir.

18 oktyabr 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini bərpa etdiyini vurğulayan səfir ölkəmizin çox çətin dövrlər yaşadığını və ağır sınaqlardan keçdiyini xatırlatmışdır. Lakin 1993-cü ildə xalqın tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkədə köklü islahatların aparıldığını vurğulayan səfir müasir Azərbaycanın banisi Ulu öndərin yürütdüyü siyasət nəticəsində ölkəmizdə siyasi, ictimai sabitliyin qorunduğunu diqqətə Həmçinin, səfir son 15 il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dünya miqyasında tanındığını, dinamik inkişafın şahidi olduğunu, iqtisadiyyatının 3.2 faiz artdığını, qeyri-neft sektorlarının sürətlə inkişaf etdiyini vurğulayaraq, Azərbaycanın Cənubi Qafqazda həm iqtisadi, həm də hərbi cəhətdən lider ölkə olduğunu bildirmişdir. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini bildirmişdir.

Daha sonra səfir Misir və Azərbaycan arasında ikitərəfli münasibətlərdən danışmışdır.


Xəbərə aid fotolar