"Gəmidə zəhərlənən İran vətəndaşlarından 6 nəfər evə buraxılıb"


Digərləri 20 Okt 2018 10:08:57 245 0

"Gəmidə zəhərlənən İran vətəndaşlarından 6 nəfər evə buraxılıb"

Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr" quru yük gəmisində baş vermiş zəhərlənmə nəticəsində xəstəxanaya yerləşdirilən 8 nəfərdən 6 nəfər evə buraxılıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

Şöbə müdiri bildirib ki, həmin şəxslərin səhhəti normallaşdığı üçün ambulator müayinəyə göndərilib: "Hazırda iki nəfər şöbədə müalicə olunur. Artıq onların da səhhəti normaldır".

Xatırladaq ki, oktyabrın 19-da gecə saat 03 radələrində Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr" quru yük gəmisində heyət üzvlərindən 12-si zəhərlənib. Hadisə nəticəsində 3 nəfər ölüb, 8 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.