Toksikologiya şöbəsinin müdiri: Gəmidə zəhərlənən İran vətəndaşlarından 6 nəfər evə buraxılıb


Digərləri 20 Okt 2018 09:55:00 298 0

Toksikologiya şöbəsinin müdiri: Gəmidə zəhərlənən İran vətəndaşlarından 6 nəfər evə buraxılıb

Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində baş vermiş zəhərlənmə nəticəsində xəstəxanaya yerləşdirilən 8 nəfərdən 6 nəfər evə buraxılıb.

Bakı. Samir Əli - Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində baş vermiş zəhərlənmə nəticəsində xəstəxanaya yerləşdirilən 8 nəfərdən 6 nəfər evə buraxılıb. Bu barədə Trend-ə açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Şöbə müdiri bildirib ki, həmin şəxslərin səhhəti normallaşdığı üçün ambulator müayinəyə göndərilib: "Hazırda iki nəfər şöbədə müalicə olunur. Artıq onların da səhhəti normaldır".