Qurğuları müdaxilədən necə qorumaq olar?


Digərləri 20 Okt 2018 08:46:00 244 0

Qurğuları müdaxilədən necə qorumaq olar?

Böyük Britaniyada internetə qoşulan ev qurğuları istehsalçıları üçün təhlükəsizlik kodeksi dərc edilib. Təlimat kiberhücumlar üçün istifadə edilən qurğuların mühafizəsini və hakerlər tərəfindən istifadəçi məlumatlarının oğurlanması ilə bağlı cinayətlərin qarşısının alınmasını nəzərdə tutur.

Son.az ICTnews-a istinadən bildirir ki, hökumətin təşəbbüsü ilk növbədə qapı zəngləri, kameralar, oyuncaqlar və mühafizə siqnalları kimi kiçik "ağıllı" ev qurğuları istehsalçılarına yönəlib. Ekspertlər qeyd edir ki, əksər kiberhücumlarda belə qurğuların pis təhlükəsizlik səviyyəsindən istifadə olunub.

Məlumata görə, rəqəmli texnologiyalar, mədəniyyət, KİV və idman Departamenti və Milli Kibertəhlükəsizlik Mərkəzi tərəfindən hazırlanan sənədə istehsalçıların daha təhlükəsiz məhsullar hazırlaması üçün atacaqları 13 addım daxildir. Bu, müştərilərin şifrlənmiş məlumatlarının saxlanılması, proqram təminatının mütəmadi yenilənməsi, istifadəçilərə daha etibarlı parollar seçməklə bağlı tələblər və daha bir neçə müddəadır.