Tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş “Kino həyatın bir zərrəsidir” adlı tədbir keçirilib (FOTO)


Digərləri 20 Okt 2018 08:42:00 257 0

Tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş   “Kino həyatın bir zərrəsidir” adlı tədbir keçirilib (FOTO)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində xalq artisti, tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş “Kino həyatın bir zərrəsidir” adlı tədbir keçirilib.

Bakı. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində xalq artisti, tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş “Kino həyatın bir zərrəsidir” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədova açaraq, qonaqları salamlayıb. O, kinorejissorun yaradıcılıq fəaliyyəti haqqında maraqlı faktlar söyləyib və qeyd edib ki, Oqtay Mirqasımovun yaradıcılığı Azərbaycanın kino tarixində xüsusi yer tutur. Tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə, əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Yasamal rayon İcra Hakimiyyətinin Humanitar şöbəsinin müdiri Zöhrab Cəfərov, “Dünya azərbaycanlılarının həmrəyliyinə dəstək” QHT-nın prezidenti Tofiq Əlizadə, “ELS - Müstəqil Araşdırmalar Mərkəzi” ictimai birliyinin rəhbəri İradə Yaqubova, digər ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Oqtay Mirqasımovun filmlərinin əhəmiyyətindən danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə vurğulayıb ki, bu filmlərdə vətənpərvərlik mövzusu, cəsarət və mərdlik hissləri qabarıq şəkildə təqdim edilir. Qeyd edib ki, kinorejissor O.Mirqasımov vətənə, onun tarixinə, adət-ənənələrinə böyük məhəbbətlə yanaşır, istedadlı insanları öz əsərlərində əbədiləşdirir.