Dövlət Müstəqilliyi Gününə həsr edilmiş tədbir keçirilib FOTO


Digərləri 20 Okt 2018 08:33:00 246 0

Dövlət Müstəqilliyi Gününə həsr edilmiş tədbir keçirilib  FOTO

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə N saylı hərbi hissədə 18 oktyabr- Dövlət Müstəqilliyi Gününün 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirin əvvəlində aparıcı Humay Muxtarova əsgərlər qarşısında çıxış edərək bu günün tarixi əhəmiyyətindən danışıb.

Müğənni Elnur Məmmədov şən mahnılardan ibarət konsert proqramı ilə çıxış edib. Onun vətənpərvərlik ruhunda olan ifaları əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb.


Xəbərə aid fotolar