Azərbaycanda Aİ92 markalı benzinin idxalı müvəqqəti olaraq


Digərləri 20 Okt 2018 08:23:00 271 0

Azərbaycanda Aİ92 markalı benzinin idxalı müvəqqəti olaraq

Azərbaycanda 92 (Aİ-92) oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumlarından azad edilir. Müvafiq qərar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilib.

Son.az Trend-ə istinadən bildirir ki, əvvəllər bu növ benzin üçün gömrük rüsumu 15 faiz idi.

Nazirlər Kabinetinin başqa bir qərarı ilə Aİ-92 markalı benzinin idxalına görə aksiz dərəcəsi bir ton üçün 200 manatdan bir manatadək azalıb. Nazirlər Kabinetinin hər iki qərarı aviasiya benzininə tətbiq edilməyəcək.