ABŞ Səudiyyə Ərəbistanı ilə silah satışına dair sazişi ləğv etmək istəmir


Dünya 20 Okt 2018 08:30:00 238 0

ABŞ Səudiyyə Ərəbistanı ilə silah satışına dair sazişi ləğv etmək istəmir

ABŞ prezidenti Donald Tramp bildirib ki, jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluqda öldüyü elan edildikdən sonra Krallıqla silah satışına dair imzalanmış 110 milyard dollarlıq sazişi ləğv etmək niyyətində deyil.

Son.az "Report"a istinadən bildirir ki, Amerika liderinin sözlərini cümə günü Ağ ev sitat gətirib.

"Bizim hələ suallarımız qalıb", - deyə o, Qaşıqçının ölümündən danışarkən bildirib.

Prezident həmçinin Səudiyyə Ərəbistanının bəyanatını "ilk yaxşı addım" adlandırıb.