Çində pilotsuz təyyarə sınandı


Digərləri 20 Okt 2018 08:11:00 302 0

Çində pilotsuz təyyarə sınandı

Çinin Daxili Monqolustan Muxtar Rayonunda "Feyhun 98" pilotsuz nəqliyyat təyyarəsinin ilk uğurlu uçuş sınağı keçirilib.

Son.az ICTnews-a istinadən bildirir ki, pilotsuz uçan aparat "Y-5B" nəqliyyat təyyarəsi əsasında yaradılıb. Təyyarənin maksimal uçuş kütləsi 5,25 ton, maksimal yükqaldırma qabiliyyəti 1,5 ton, yük bölməsinin maksimal həcmi 15 kubmetr, uçuş hündürlüyü 4 min 500 m, kreyser sürəti saatda 180 km, maksimal uçuş məsafəsi 1,2 min km təşkil edir. Aparatın uçuş və enişi üçün minimal məsafə 150 metrə bərabərdir.