Rusiya və ABŞ prezidetləri noyabrda görüşə bilər


Siyasət 20 Okt 2018 08:02:00 286 0

Rusiya və ABŞ prezidetləri noyabrda görüşə bilər

Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp bu il Paris və Buenos-Ayresdə görüşə bilər.

Son.az "Report"a istinadən bildirir ki, bunu Amerikanın yüksəkvəzifəli məmuru deyib.

Söhbət Fransada I Dünya müharibəsinin başa çatmasının yüz illiyi ilə bağlı keçiriləcək tədbirlərdən gedir. Bundan əlavə, iki ölkə liderinin noyabrın 30-da Buenos-Ayresdə başlayacaq G20 sammiti çərçivəsində görüşü mümkündür.

Bundan əvvəl Vladimir Putin Donald Trampın Rusiya ilə münasibətləri sabitləşdirmək istədiyini bildirib.