Essential işçilərinin çoxunu işdən azad etdi


Digərləri 20 Okt 2018 07:41:00 252 0

Essential işçilərinin çoxunu işdən azad etdi

Android əməliyyat sisteminin yaradıcısı Andy Rubin-in Essential adlı şirkəti qəliz qərarlar vermək məcburiyyətində qalır.

Son.az technote.az-a istinadən bildirir ki, smartfon istehsalçısı olan Essential şirkəti öz işçilərinin 30%-ni işdən azad edib. İş yerlərini itirən şəxslər əsasən satış şöbəsindən və məhsul istehsalı şöbəsindən olublar.

"Bu cür addım atmaq çoz qəliz idi. Biz, şirkəti tərk edən bütün əməkdaşlarımızdan üzr istəyirik və onların karyeraları üçün əlimizdən gələni edəcəyik. Biz öz yolumuzda əminik və ümid edirik ki, həmin yol bizə sözün əsl mənasında oyunu dəyişəcək məhsul çıxartmağımıza kömək edəcək" - deyə şirkət bildirib.