Teslanın 20 milyon dollarlıq səhmlərini almaq istəyir


Digərləri 20 Okt 2018 07:33:00 239 0

Teslanın 20 milyon dollarlıq səhmlərini almaq istəyir

Elon Musk 20 milyon dollar dəyərində Tesla şirkətinin səhmlərini almağı planlaşdırır. Bu barədə o öz Twitter hesabında ABŞ-ın dəyərli kağızlar və birjalar üzrə komissiyası (SEC) ilə razılığından sonra qeyd edib. Qeyd etmək lazımdır ki, SEC-in qərarı ilə Tesla ilə Musk ümumilikdə 40 milyon dollar cərimə ödəməlidirlər.

Son.az technote.az-a istinadən bildirir ki, Musk-ın Tesla şirkətinin səhmlərini nə zaman alacağı hələki bilinmir. Tesla şirkəti bu barədə heç bir fikir bildirməyib. Hal hazırda Musk Tesla şirkətinin ən böyük səhmdarıdır. Belə ki, şirkətin 20% səhmi ona məxsusdur. Hal hazırda Tesla şirkətinin bir səhminin qiyməti 280$ təşkil edir. Beləliklə Musk 71428 səhm ala bilər. Son.az