Füzulidə bir ədəd mərmi aşkarlanıb (FOTO)


Digərləri 20 Okt 2018 02:59:00 299 0

Füzulidə bir ədəd mərmi aşkarlanıb (FOTO)

Füzulidə iki ədəd mərmi aşkar olunub.

Bakı. Füzulidə iki ədəd mərmi aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, oktyabrın 18-də 21:42-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, 2 saylı Qayıdış qəsəbəsi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.