Günün qoroskopu: tələsik, düşünülməmiş qərarlar qəbul etməyin


Digərləri 20 Okt 2018 00:01:00 290 0

Günün qoroskopu: tələsik, düşünülməmiş qərarlar qəbul etməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - təşəbbüskar olun. İntensiv fəaliyyət ritminə alışın. Süst və ətalətli davransanız, ciddi problemlərlə üzləşə bilərsiniz. Darıxmayın. Bəzi işlər sizdə sönük və boz təsir yaratsa da, onları qulaqardına vurmayın. Günün ikinci yarısında işlər istədiyiniz sürətdə olmayacaq. Cari layihələrdə və sifarişlərdə müəyyən gecikmələr, ləngimələr ola bilər. Hadisələrin axarı maraqlı deyil. Şəxsi münasibətləri ön plana çıxarmayın. Hisslərin torundan qurtulun.

Buğa - tələsik, düşünülməmiş qərarlar qəbul etməyin. Günün ilk yarısında hadisələr sürətlə inkişaf edəcək. Fikirləşmək, düşünüb-daşınmaq üçün vaxt azdır. Lakin saatlar keçdikcə belə taktikadan imtina edin, çünki mütləq şəkildə səhvlərə və yanlışlıqlara yol verəcəksiniz. Günün ikinci yarısını nisbətən sakit keçirin, usandırıcı və yorucu olmayan işlərlə məşğul olun. Qüvvələrinizi bərpa etmək gərəkdir. Xoşagəlməz insanlarla görüşləri ertələyin. Bu gün hisslərinizi gizlətmək asan deyil.

Əkizlər - emosiyalarınıza hakim olun. "Hirsli başda ağıl olmaz" deyimini xatırlayın və ən çətin işlərin çözümünün soyuqqanlı davranışda olduğunu bilin. Məntiqiniz emosiyalara uduzmamalıdır. Yaxın ətrafınızdakı insanlarla təmaslarda mübahisə etməyin. Neytral davranın. Yeni tərəfdaşlarla təmaslarda diqqətli olun. Mühüm informasiyanı qaçırmayın.  Sevdiyiniz insanla söhbət zamanı pərdələnmiş ifadələrə tapınmayın.

Xərçəng - problemlərin həllinə yaradıcı yanaşsanız, sürətlə irəliləyəcəksiniz. Məqsədləri yeniləyin, hədəfləri təftiş edin. Bilik və bacarıqlarınızdan maksimum dərəcədə istifadə etsəniz, tərəfdaşlarınızda, həmkarlarınızda rəğbət hissi güclənəcək. Günün ikinci yarısında diqqətli olmasanız, bir sıra imkanları əldən verəcəksiniz. Köhnə, kəsilmiş münasibətləri bərpa etməyə çalışmayın. Əlavə gəlir mənbəyi arayın.

Şir - maraqlı və əlverişli gündür. Böyük uğurlara nail ola bilərsiniz. Başladığınız işlər maraqlı təsir bağışlayır. Onları yarımçıq qoymayın, bitirin. Peşəkar fəaliyyət müstəvisində çox maraqlı təkliflər ala bilərsiniz. İşgüzar həyatınızı dəyişə biləcək qərarların qəbulu istisna deyil. Günün ikinci yarısında stabillik bərqərar olacaq. Bu, sizi sevindirməlidir. Yaşananlar planlarınızın reallaşmasını daha da sürətləndirə bilər. Qiymətli hədiyyələr və gəlirlər istisna deyil.

Qız - gün ərzində yaşanacaq hadisələri dürüst qiymətləndirin. Bədbin olmayın, hər şeyin pis olduğunu düşünməyin. Nəticələr çıxarmağa tələsməyin. Yaranmış situasiyanı sakit, təmkinlə təhlil edin. Durumda mütləq şəkildə xoş yönlər var. Mühüm sənədlərin imzalanması, bahalı əşyaların alınması və ya satılması üçün əlverişli gün deyil. Günün ikinci yarısında ünsiyyət çətinləşəcək. Yaxın ətrafınızdakı insanlar sizi fikrini tez-tez dəyişən insan sayacaqlar. Qərar və əməllərinizdə ardıcıl olun. Yaxşı tanımadığınız insanlarla təmaslardan imtina edin.