Azərbaycan neftinin SON QİYMƏTİ


Digərləri 19 Okt 2018 23:32:00 459 0

Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 18-də 80,51 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,34 dollar/barel azdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 18-də 79,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,39 dollar/barel azdır.