Dünyanın nüfuzlu "Breakthrough Prize" mükafatı laureatlarının adları açıqlanıb


Digərləri 19 Okt 2018 23:21:00 536 0

Dünyanın nüfuzlu "Breakthrough Prize" mükafatı laureatlarının adları açıqlanıb

Rusiyalı milyarder, internet layihələrinin sərmayəçisi Yuri Milner, "Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq və "Google" şirkətinin banisi Sergey Brin tərəfindən təsis edilən "Breakthrough Prize" mükafatının laureatlarının adları açıqlanıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "həyat elmləri" kateqoriyasında bu mükafata farmakoloq Frank Bennett və biokimyaçı Adrian Kreiner layiq görülüblər. Onlar neyrodegenerativ xəstəlik - orbital əzələ atrofiyası üçün ilk dərmanın təkmilləşdirilməsi işində nailiyyətlərinə görə təltif ediliblər. Angelika Amon və Syaobey Cjuan da həmin kateqoriya üzrə mükafata layiq görülüblər.

"Fundamental fizika" kateqoriyası üzrə isə mükafatı Pensilvaniya Universitetindən Çarles Kane və Yudjin Mel qazanıblar. Onlar materialların yeni sinfinin - yalnız səthdə elektrik cərəyanını keçirən topoloji izolyatorların varlığını proqnozlaşdırdıqlarına görə təltif olunublar.

Bundan başqa, riyaziyyat sahəsi üzrə mükafat Lenqlends proqramı sahəsindəki nailiyyətlərinə görə fransalı alim Vinsent Lafforquya, fizika sahəsində xüsusi mükafat isə pulsarları kəşf edən Şimali irlandiyalı astrofizik Coselin Bernell Bellə təqdim olunub.