Dubay Əmirinin təşəbbüsü ilə elektron mədrəsə işə salınıb


Digərləri 19 Okt 2018 23:29:00 484 0

Dubay Əmirinin təşəbbüsü ilə elektron mədrəsə işə salınıb

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktumun təşəbbüsü ilə ərəb dünyasında ən böyük elektron təhsil platforması - elektron mədrəsə işə salınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Məhəmməd bin Rəşid Al Maktumun qlobal təşəbbüsləri" Fondunun unikal inqilabi layihəsi olan mədrəsə bütün dünyada 50 milyondan çox ərəb tələbəyə ərəb dilində pulsuz tədris materialları təqdim edir.

Müxtəlif fənlər, o cümlədən riyaziyyat fənni üzrə 5 min maarifləndirici videoçarx istifadəyə verən platforma uşaq bağçasından tutmuş məktəbin buraxılış sinfinədək müxtəlif yaşlı şagirdlər üçün nəzərdə tutulub.