Gələcəyin populyar ixtisası


Digərləri 19 Okt 2018 23:03:00 302 0

Gələcəyin populyar ixtisası

Genetika mühəndisliyi günümüzdə və gələcəkdə bir çox yeni peşələrin yaranmasına səbəb olacaq. Bu, ilk növbədə tibb sahəsi, xüsusən cərrahiyyə ilə bağlıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, anadangəlmə "Hunter" sindromundan əziyyət çəkən ABŞ-ın Arizona ştatının sakini, 44 yaşındakı Brayan Madeuksun qaraciyərində qüsurlu genlərin molekulyar bərpası prosesi genetika mühəndisliyinin tibbə tətbiqinin ilk nümunəsi olub.

Mütəxəssislər bildirirlər ki, artıq elmi laboratoriyalarla yanaşı, xəstəxanalarda da genlərin qaydaya salınması ilə məşğul olacaqlar. Məhz bu kontekstdə genetika mühəndisliyi ixtisasına daha çox tələbat olacaq. Artıq ABŞ-da və Britaniyada bu sahədə 18 min yeni iş yerləri yaradılır.

Amerika Genetika və Hüceyrə Terapiyası Assosiasiyasının sədri, Stanford Universitetinin professoru Mişel Kalos bildirib ki, tezliklə dünyanın bir çox ölkələrində genetika mühəndislərinə kəskin ehtiyac olacaq. Onun sözlərinə görə, genetik terapiya sənayesinin tibb, molekulyar biologiya, virologiya, biomühəndislik sahələrində məzun olmuş gənclərə ehtiyacı var.