Finlərin əksəriyyəti qış vaxtı rejimində həmişəlik qalmaq istəyir


Digərləri 19 Okt 2018 22:44:00 312 0

Finlərin əksəriyyəti qış vaxtı rejimində həmişəlik qalmaq istəyir

Finlandiyada Avropa İttifaqının saatların çəkilməsindən imtina etmək qərarı ilə əlaqədar səsvermə keçirilib. Səsvermənin məqsədi hansı vaxta (qış yoxsa yay vaxtına) keçidi saxlamağı müəyyən etməkdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Finlandiya Nəqliyyat və Kommunikasiyalar Nazirliyinin sifarişi ilə onlayn-platformada aparılan sorğunun nəticələri respondentlərin 52 faizinin qış vaxtını, 48 faizinin isə yay vaxtını üstün tutduqlarını göstərib.

Hər iki nəfərdən biri Skandinaviya ilə Avropa arasında vaxt fərqinin 1 saatdan çox olmamasını arzulayıb.

Sentyabrın 26-dan oktyabrın 12-dək aparılan elektron sorğuda 677 min nəfər iştirak edib.