"The Guardian": Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir


Digərləri 19 Okt 2018 22:31:00 398 0

"The Guardian": Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir

İngiltərənin məşhur "The Guardian" nəşri qeyri-adi macəra yaşamaq istəyənlər üçün Avropanın 10 ən yaxşı məntəqəsinin siyahısını dərc edib. Siyahıda Qubanın dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən Xınalıq kəndinin də adı var.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "The Guardian" oxucularının rəylərinə əsasən müəyyənləşdirdiyi siyahıdakı hər bir məkan haqqında qısa məlumat və fotoşəkil də dərc edib.

Xınalıq haqqında yazılan məlumatda Azərbaycanın ən yüksək kəndinin Qafqaz dağlarının zirvəsində yerləşdiyi, əhalisinin heyvandarlıqla məşğul olduğu qeyd olunub. Məqalədə sıldırım qayalar arasından, dərin dərələrdən keçən Xınalıq yolunun turistlərə ekstrim yaşatdığı bildirilir. "The Guardian" yazır ki, Qubadan Xınalığa 18 funt sterlinq xərcləməklə getmək olar. Qonaqpərvər kənd sakinlərinin evində gecələmək və ləziz yeməklərdən dadmaq üçün də bir o qədər xərc tələb olunur.


Xəbərə aid fotolar