Soyuq fəsillərdə mütləq xardal yeyin


Digərləri 19 Okt 2018 22:00:00 263 0

Soyuq fəsillərdə mütləq xardal yeyin

Mütəxəssislər soyuq fəsillərdə daha çox xardal yeməyi tövsiyə edirlər.

Xardalın tərkibində olan maddələr bəlğəmgətirici və iltihabəleyhinə təsirə malikdir. Həmçinin xardal immun sisteminin fəaliyyətini stimullaşdırır. Məhz bu xüsusiyyətlərə görə xardal öskürək və soyuqdəymə xəstəlikləri zamanı çox faydalıdır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, xardal beyin qan dövranını və beyinin fəaliyyətini yaxşılaşdırır.

Metabolizmi aktivləşdirən xardal piylərin parçalanmasını sürətləndirir ki, bu da arıqlamağa kömək edir.