Avropa və Yaponiya Merkuri planetini tədqiq edəcək


Digərləri 19 Okt 2018 21:12:00 327 0

Avropa və Yaponiya Merkuri planetini tədqiq edəcək

Avropa İttifaqı və Yaponiya Günəş sisteminin ən kiçik planeti olan Merkuriyə kosmik aparat göndərəcək.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Avropa Kosmik Agentliyi ilə Yaponiya Kosmik Tədqiqatlar Agentliyi "BepiColombo" layihəsi çərçivəsində "Ariane 5" raketini Fransa Qvineyasından 20 oktyabr tarixində kosmosa göndərəcək.

Missiyanın büdcəsi 1.6 milyard dolalrdır. Layihə həm Merkuri planeti haqqında geniş məlumatlar əldə etmək, həm də Günəş sistemi haqqında yeni məlumatlar aşkar etmək məqsədini daşıyır.