Sumqayıtda parkda dostunu öldürən şəxsə 16 il cəza verildi


Kriminal 19 Okt 2018 21:04:00 249 0

Sumqayıtda parkda dostunu öldürən şəxsə 16 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Abbasov Xəyal Xudaverdi oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə X.Abbasov 16 il azadlıqdan məhrum edilib.