1 pələngi tutmaq üçün 150 nəfərlik ovçu qrupu yaradıldı


Dünya 19 Okt 2018 20:52:00 287 0

1 pələngi tutmaq üçün 150 nəfərlik ovçu qrupu yaradıldı

Hindistanın Maharaştra əyalətində dişi pələngin tutulması üçün 150 nəfərlik xüsusi komanda yaradılıb.

Son.az qaynarinfo-ya istinadən xəbər verir ki, 10 aydır davam edən əməliyyatda 150 peşəkar ovçu iştirak edir. Bu günə qədər 13 nəfəri öldürən pələngin vurulması üçün rəsmi qərar çıxarılıb. Heyvan haqları uğrunda mübarizə aparan şəxslər qərara etiraz etsələr də, Ali Məhkəmə onların istəklərini rədd edib. 

Bildirilir ki, meşələr zəbt edildiyi üçün bu canlılar qida tapmaq məqsədilə yaşayış yerlərinə gəlir və insanlara hücum edir.