Azərbaycanın yeni turizm loqosu müzakirələrə səbəb oldu


Digərləri 19 Okt 2018 20:48:00 284 0

Azərbaycanın yeni turizm loqosu müzakirələrə səbəb oldu

Azərbaycan Dövlət Turizm Agentliyi yeni turizm brendini və şüarını təqdim edib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan üçün yeni brend "Landor" beynəlxalq brendinq agentliyi tərəfindən hazırlanıb. 

Yeni turizm loqosu "A" (Azərbaycan) hərfi şəklindədir, forması isə brendin mənasını bildirir. Brendin "Take another look" ("Yenidən nəzər yetir") şüarı təsvirin mahiyyətini və əsas devizini daha ətraflı anlamaq üçün loqotipə təkrar və diqqətli baxışı nəzərdə tutur. 

Sosial şəbəkələrdə isə həmin loqo birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.