Bu ölkədə ilin sonunadək 20 min uşaq öləcək


Digərləri 19 Okt 2018 20:16:00 244 0

Bu ölkədə ilin sonunadək 20 min uşaq öləcək

"Save the Children" (Uşaqları Xilas Edək) təşkilatı Cənubi Sudandakı vəziyyətlə bağlı müraciət ünvanlayıb.

Son.az qaynarinfo-ya istinadən xəbər verir ki, təşkilatın açıqlamasına görə, Cənubi Sudanda 1 milyonu uşaq olmaqla 6 milyondan çox insanın təcili qidaya ehtiyacı var. 270 min uşaq aclıq təhlükəsi ilə üz-üzədir, onlarında 20 mini bu ilin sonuna qədər öləcək. Problemin həlli üçün daha çox yardım edilməlidir.

Qeyd edək ki, 2011-ci ildə Sudandan müstəqilliyini elan edən Cənubi Sudanda 2013-cü ildən bəri vətəndaş müharibəsi davam edir. Tərəflər bu müddət ərzində dəfələrlə razılaşma əldə etsə, sülh sazişinə əməl edilməyib. Sonuncu sülh müqaviləsi bu ilin 12 sentyabrında bağlanıb.