Siqareti tərgitmək istəyənlərə bioloqlardan


Digərləri 19 Okt 2018 19:56:00 202 0

Siqareti tərgitmək istəyənlərə bioloqlardan

ABŞ-ın Kaliforniya ştatında molekulyar bioloqlar və kimyagərlər nikotin asılılığına qarşı yeni vaksin icad ediblər.

Son.az ölkə.az xəbər verir ki, alimlərin yeni vaksini nikotini insan beyninə daxil olmadan əvvəl parçalayır. Təcrübənin nəticələri "Science Advances" jurnalında dərc edilib.

La-Xoyedəki Skripps institutunun alimi Olivye Corc məsələ ilə bağlı deyib:

"Bu, siqaretlə mübarizədə çox perspektivli yanaşmadır. Çünki bu zaman nikotin asılılığından imtina etmək olur və heç bir problem yaranmır. Bizim vaksin beyində yox, qanın tərkibində olacaq. Bu isə onu digər üsullara nisbətən daha təhlükəsiz edir".