“Çəkəni olmuşam, iyini bilirdim” – Meşədən marixuana tapıb qurudan narkoman


Digərləri 19 Okt 2018 19:20:00 383 0

“Çəkəni olmuşam, iyini bilirdim” – Meşədən marixuana tapıb qurudan narkoman

Naftalanda narkotik istifadəçisi saxlanılıb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, polis şöbəsinə Ağsu sakini İmadəddin Talıbovun üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olub.

Dərhal əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları həmin şəxsi şübhəli kimi saxlayıblar. Şöbədə Talıbovun üzərinə baxış zamanı ondan külli miqdarda narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxs narkotiki Qax rayonunda şəxsi istifadəsi üçün yığıb topladığını deyib.

İmadəddin Talıbov - Saxlanılan şəxs: "2-3 ay olar Qax rayonuna yolum düşmüşdü. Meşəlikdən keçirdim. Hiss elədim ki, iy gəlir. Çəkəni olmuşam, iyini bilirdim. Gedib gördüm ki, kollar var. Onu yığıb qurutdum".


Xəbərə aid fotolar