ABŞ 1 trilyon dolları bazardan çıxarıb yandıracaq


Dünya 19 Okt 2018 19:12:00 226 0

ABŞ 1 trilyon dolları bazardan çıxarıb yandıracaq

2008-ci ildə bütün dünyaya təsir edən böhranı dəf etmək üçün 200 illik tarixində çap etdiyi pulun dörd qatını çap edən ABŞ hökuməti yeni qərar verib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Birləşmiş Ştatlar bu dəfə ən azı 1 trilyon dolları bazardan çıxarıb məhv edir.

ABŞ 2008-ci ilə qədər 870 milyard dollarlıq pul çap etmişdi. 2008-ci ildə bütün bank sistemi batma nöqtəsinə gəldiyi üçün Fed bu pulu bir neçə il ərzində 4 trilyon dollara qədər artırdı. Dünyanın digər önəmli Milli Bank sistemləri də "quantitative easing" adı verilən bu əməliyyatda ABŞ-ı təkrarlamışdılar. Bəzi mənbələrə görə, ümumi olaraq 20 trilyon dollar pul çap edilib. 2016-cı ildən ABŞ əvvəlcə faizləri artırmağa başladı. Sonra isə 2017-ci ilin sonundan bazara təqdim edilən Milli Bankının pullarını geri çəkməyə başladı. O dövrdə Fed sədri olan Yellen bildirdi ki, faiz artımı və QT növbəti böhranda Milli Banka hərəkət sahəsi açmaq məqsədi ilə həyata keçirilib. Milli Banklar əsasən dövlətlərinin buraxdığı borc sənədlərini alaraq birjaya pul çıxarırlar. Beləcə dövlət sənədləri Milli Bankda toplaşır.