Milli Oftalmologiya Mərkəzi ADA Universitetində aksiya keçirdi (FOTO)


Digərləri 19 Okt 2018 19:10:00 262 0

Milli Oftalmologiya Mərkəzi ADA Universitetində aksiya keçirdi (FOTO)

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası ADA Universitetində tibbi aksiya keçirib.

Bakı. İlhamə Isabalayeva - Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası ADA Universitetində tibbi aksiya keçirib. Mərkəzin elmi təşkilat bölməsinin rəhbəri Yazgül Abdıyeva Trend-ə bildirib ki, oktyabrın 18-19-da keçirilən aksiya zamanı Səyyar Klinika ADA Universitetində 400-ə yaxın müəllim və tələbəyə tibbi xidmət göstərilib. Aksiyanın məqsədi pasiyentlərin səhhətləri ilə bağlı olan problemlərin həllinə kömək göstərmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.