Nazir: “Star” NEZ Türkiyənin neftkimya sənayesi sahəsində idxaldan asılılığını azaldacaq"


Siyasət 19 Okt 2018 18:54:00 286 0

Nazir: “Star” NEZ Türkiyənin neftkimya sənayesi sahəsində idxaldan asılılığını azaldacaq"

"Star" neft emalı zavodu (NEZ) Türkiyənin neft-kimya sənayesi sahəsində idxaldan asılılığını azaldacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu zavodun açılış mərasimi zamanı Türkiyənin Xəzinədarlıq və maliyyə naziri Berat Albayrak deyib.

"Star" neft emalı zavodunun Türkiyə üçün əhəmiyyətini vurğulayan nazir bildirib ki, bu, ölkənin neft-kimya sənayesinin inkişafına böyük töhfə verəcək.

Nazirin sözlərinə görə, Azərbaycanla Türkiyə arasındakı dostluq və birlik bütün dünya üçün nümunə ola bilər.

Son.az