"Bəsdirin. Elşad yoxdur daha. Elşad söhbətini bağlayın""


Şou-biznes 19 Okt 2018 18:28:00 309 0

"Bəsdirin. Elşad yoxdur daha. Elşad söhbətini bağlayın""

Rəqqasə Oksana Rəsulova keçmiş həyat yoldaşı, reper Elşad Xose ilə adının hallanmasına əsəbiləşib.  Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Hər şey daxil" verilişində rol aldığı yeni filmdən danışıb. O, aparıcı-prodüser Tarix Əliyevin "Oksana naz etmədi ki, ssenarini göndərin baxım? Elşaddan sonra heç kimlə öpüşə bilmərəm" sözlərinə Oksana əsəblə cavab verib: "Bəsdirin. Elşad yoxdur daha. Elşad söhbətini bağlayın". Qeyd edək ki, Oksana və Elşad qalmaqallı şəkildə ayrılıb. Sonuncu dəfə rəqqasə reperi polisə şikayət edərək, onu döyməkdə günahlandırıb.  Rəqqasə bir neçə ay əvvəl ana olub. Yenidən ailə qurduğunu deyən Oksana oğluna Osman adını qoyub.

Son.az