Tovuzda 18 yaşlı qız dərmandan zəhərləndi


Digərləri 19 Okt 2018 18:12:00 267 0

Tovuzda 18 yaşlı qız dərmandan zəhərləndi

Tovuz rayonunda gənc qız dərmandan zəhərlənib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun İbrahimhacılı kəndində baş verib.

Kənd sakini, 2000-ci il təvəllüdlü Hüseynova Gülnar Şahin qızı yüksək dozalı dərman qəbul edib.

Nəticədə G.Hüseynova zəhərlənmə ilə huşsuz vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

G.Hüseynova reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.