Çingiz Abdullayev və Cəmil Məlikov "CEO Lunch Baku"nun fəxri qonaqları olublar (FOTO)


Digərləri 19 Okt 2018 18:17:03 290 0

Çingiz Abdullayev və Cəmil Məlikov "CEO Lunch Baku"nun fəxri qonaqları olublar (FOTO)

Caspian European Club on altıncı CEO Lunch Baku keçirib

Bakı. Azərbaycan Yazıçılar İttifaqının katibi, Azərbaycan “Pen” Klubunun prezidenti, Xalq yazıçısı Çingiz Abdullayev və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEM) sədr müavini Cəmil Məlikov Caspian European Club tərəfindən 17 oktyabr 2018-ci il tarixdə təşkil olunmuş "CEO Lunch Baku"da iştirak ediblər. Trend-in məlumatına görə, yaradıcılığı və planları barədə danışan Ç.Abdullayev kitab və təhsilin şəxsiyyətin formalaşmasındakı mühüm rolunu qeyd edib. Yazıçı iştirakçıları maraqlandıran sualları cavablandırıb və Caspian European Club-un üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb. Ç.Abdullayevə Klubun fəxri üzvlük sertifikatı təqdim olunub. C.Məlikov deyib ki, ümumi enerji istehsalında ABOEM hesabına enerji istehsalının payının artırılması istiqamətində Dövlət Agentliyi həyata keçirdiyi layihələr və normativ hüquqi bazanın inkişafı sahəsində 2013-cü ildən başlayaraq 2017-ci ilə qədər ABOEM hesabına enerji istehsalının miqdarını 6,4%-dən 9,8%-ə qədər artımını təmin edib. “Azərbaycanın ümumi potensialının müəyyənləşdirilməsi və sistemləşdirilməsi nəticəsində uzunmüddətli strateji baxışçərçivəsində ABOEM hesabına qoyuluş güclərinin 3 pilləli enerji modeli əsasında artması nəzərdən keçirilib”, - deyə o qeyd edib. C.Məlikova Caspian European Club-un fəxri üzvlük sertifikatını təqdim edən Telman Əliyev CEO Lunch Baku-da fəal iştirakına, həmçinin tədbir zamanı Caspian European Club-un üzvlərinin səsləndirdikləri təklif və xahişlərə göstərilən diqqətə görə ona minnətdarlığını bildirib. O qeyd edib ki, CEO Lunch Baku çərçivəsində şirkətlər onları maraqlandıran suallara cavab tapıb, bu sahədə əməkdaşlığın yollarını müzakirə ediblər.