Bakıda həyat yoldaşını yandırıb öldürən şəxsin məhkəməsi davam etdirilib


Digərləri 19 Okt 2018 17:49:00 247 0

Bakıda həyat yoldaşını yandırıb öldürən şəxsin məhkəməsi davam etdirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Samir Abdullayev bildirib ki, hadisə baş verən vaxt həmin mağazada olub: "Həmin vaxt Məsud əlində bir şüşə ilə içəri daxil olub mərhumun üstünə qaçdı. O, qadının boğazından tutub üzünə benzin tökdü. Mən müdaxilə etmək istədim, imkan vermədi. Biz ora polis çağırdıq. Bu zaman o, əlindəki alışqanla qadının üzünü yandırdı, söndürə bilmədik". Daha sonra ifadə verən mərhum Aytəkin Müzəffərovanın anası Zülfiyə Dadaşova qeyd edib ki, qızı keçmiş kürəkəni M.Müzəffərovla nişanlı olan gündən döyülüb: "Məsud onu həmişə döyüb, təhqir edib. Qızımın 2 dəfə uşağı tələf oldu. Neçə dəfə onlar boşanma həddinə çatıblar. Lakin Məsud gedib, qohumlarını gətirib yalvarırdı. O, qızımı evinə aparanda yenə döyürdü. Aytəkini Rusiyaya aparanda orada onu yenə döyüb, təhqir edirdi. Sonra qızım ondan boşandı".