Həbibə söydü, başına masa atdılar


Digərləri 19 Okt 2018 17:48:00 341 0

Həbibə söydü, başına masa atdılar

UFC çempionu titulu uğrunda irlandiyalı Konor MakQreqor və dağıstanlı Həbib Nurməhəmmədov arasındakı döyüş rinqdə və rinqdən kənardakı qalmaqalla yanaşı, azarkeşlər arasında dava ilə də yadda qalıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, döyüşün keçirildiyi Las-Veqas şəhərində (ABŞ, Nevada ştatı) "Casino Gate Casino" kazinosunda azarkeşlər döyüşdən sonra yığışıblar.

Bu zaman Nurməhəmmədovla MakQreqorun fanatları arasında mübahisə düşüb.

İrlandiyalı döyüşçünün pərəstişkarlarından biri Nurməhəmmədova söyməyə başlayanda əvvəlcə onun üzünə iki stəkan su atılıb. Amma fanat sakitləşməyib.

Belədə, ona kətil atıblar.


Xəbərə aid fotolar