Robot Sofia Bakıda çıxış edəcək


Digərləri 19 Okt 2018 17:27:23 199 0

Robot Sofia Bakıda çıxış edəcək

“Global İnfluencer Day”in proqramı açıqlanıb

Bakı. “Keepface DMCC” və “FA International Trade Events”-in təşkil etdikləri “Global İnfluencer Day” tədbirinə təşrif buyuranları maraqlı proqram gözləyir. Trend-in məlumatına görə, “Global İnfluencer Day” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə təşkilatçılığı ilə keçiriləcək “İnnovasiya həftəsi” çərçivəsində baş tutacaq. İlk olaraq, “Global İnfluencer Day”in təşkilatçıları olan “Keepface DMCC” və “FA International Trade Events” oktyabrın 26-da jurnalistlərlə görüşərək tədbirə son hazırlıq işləri ilə tanış edəcək və suallarını cavablandıracaqlar. Bu görüş, 26 oktyabr saat 11:00-da "Qafqaz City Hotel"də baş tutacaq. “Global İnfluencer Day” marafonu isə oktyabrın 27-si səhər saat 8:00-dan etibarən Heydər Əliyev Mərkəzində start götürəcək. İştirakçıların sayının çoxluğunu nəzərə alaraq, saat 8:00-dan 9:30-dək qeydiyyat həyata keçiriləcək. Tədbiri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri, cənab Ramin Quluzadə açacaq. Hamının səbrsizlik və maraqla gözlədiyi əsas çıxışçı süni intellekt sahibi, robot Sofia səhnəyə 10:05-də çıxacaq. Çıxışı bitirdikdən sonra Sofia suallara cavab verəcək. 10:35-də Keepface qlobal influenser marketinq platformasının həmtəsisçiləri Emin Vəliyev, Elşad Yusifli və Vaqif Abbasov tədbir iştirakçılarını tədbirin ideya və fəlsəfəsi barədə məlumatlandıracaqlar.