Liverpool-a zədəli futbolçularından xoş xəbər


İdman 19 Okt 2018 17:11:00 242 0

Liverpool-a zədəli futbolçularından xoş xəbər

Liverpool-un dörd futbolçusunun milli komandaların düşərgəsindən zədəli qayıtdığını xəbər vermişdik.

Goal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mersisayd təmsilçisində zədəlilərin vəziyyətinə aydınlıq gəlib. Misir millisinin düşərgəsində zədələnən Məhəmməd Salah və Hollandiya yığmasından zədəli qayıdan Vircil Van Dayk dünəndən komanda ilə məşqlərə başlayıblar. Onların şənbə günü Huddersfield-lə oyunda iştirak edəcəkləri gözlənilir. Seneqalllı Sadio Mane və qvineyalı Nabi Keytanın isə bu qarşılaşmada iştirakı sual altdındadır.

Eyni zamanda, keçən ay İngiltərə millisinin düşərgəsində zədələnən, ondan sonra Premyer Liqada cəmi 3 dəqiqə oynayan Adam Lallana və Manchester City ilə oyunda (0:0) ciddi zədə alan, 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilən Ceyms Milner zədəsini daha tez sağaldaraq, komanda ilə məşqlərə başlayıb.