“Virtualkarabakh.az” portalının yeni versiyası təqdim edilib


Digərləri 19 Okt 2018 16:52:00 252 0

“Virtualkarabakh.az” portalının yeni versiyası təqdim edilib

Bu gün "Virtual Qarabağ" informasiya - kommunikasiya texnologiyaları gənclər ictimai birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanmış "virtualkarabakh.az" portalının yeni versiyasını ictimaiyyətə təqdim edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan "Virtual Qarabağ" informasiya - kommunikasiya texnologiyaları gənclər ictimai birliyinin sədri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev qeyd edib ki, 2013-cü ilin dekbarında mərkəz özünün ilk portalını təqdim edib.

N.Mehdiyev bildirib ki, bu illər ərzində mərkəz minlərlə insanın Qarabağ haqqında informasiya almasına xidmət edib: "Lakin keçən dövr ərzində informasiya resurslarına olan tələb dəyişib. "Virtual Qarabağ" İKT gənclər ictimai birliyi də yeni tələbləri nəzərə alaraq dizayn baxımdan modern, istifadə baxımdan funksional, daha çox vizual məhsulların öz əksini tapdığı yeni portalını qurdu və təqdim edir. Yaşadığımız qlobal informasiya cəmiyyətində ölkəmiz haqqında düzgün informasiyanın çatdırılması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan, o cümlədən Qarabağ haqqında məlumatların dünyaya çatdırılması üçün funksional, dizayn baxımdan müasir və baxımlı, savadlı informasiya resurslarına ehtiyac duyulur. Təqdim olunan "Virtual Qarabağ" İKT gənclər ictimai birliyinin "virtualkarabakh.az" portalının yeni versiyası bu tələblərə cavab verir və Qarabağ haqqında vahid informasiya platforması kimi çıxış edir. Portal müasir dövrün tələblərinə uyğun daha dinamik, müasir dizayn standartları ilə orjinal proqram üstündə yenidən qurulub. Portal dayanıqlıdır, qorunur və axtarış sistemlərinə uyğun köklənib. Bu isə müxtəlif beynəlxalq axtarış platformalarında portalın məlumatlarının daha tez tapılmasına kömək edəcək".