Azərbaycan və Türkiyə prezidentləri “Star” neft emalı zavodunun açılış mərasimində iştirak edirlər


Digərləri 19 Okt 2018 16:44:44 187 0

Azərbaycan və Türkiyə prezidentləri “Star” neft emalı zavodunun açılış mərasimində iştirak edirlər

Oktyabrın 19-da Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir.

Bakı. Oktyabrın 19-da Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak edirlər. Əvvəlcə Azərbaycan və Türkiyə prezidentləri terrasdan zavodun ərazisinə baxdılar. Dövlət başçılarına “Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verildi. Sonra xatirə şəkli çəkdirildi. “Star” neft emalı zavodunun açılış mərasimində əvvəlcə müəssisənin tarixi əhəmiyyətindən bəhs edən videoçarx nümayiş etdirildi. Xəbər yenilənir Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin