İnterpolun eksrəhbəri öldürülüb?


Dünya 19 Okt 2018 16:12:00 265 0

İnterpolun eksrəhbəri öldürülüb?

İnterpolun sabiq rəhbəri Men Hunveyin həyatda olmadığı ehtimal edilir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikri Hunveyin xanımı Qreys Men "BBC"yə müsahibəsi zamanı səsləndirib. O, həyat yoldaşının sağ olduğuna inanmadığını deyib: "Düşünürəm ki, bu təzyiqlər siyasi səbəblərə görədir. Onun sağ olduğuna əmin deyiləm". 

Qeyd edək ki, bəzi KİV-lərdə Hunveyin xanımına yazdığı son mesaj yayımlanıb. Həmin ismarıcda qısa cümlə və bıçaq emojisi yer alıb. Qreys mesajdan sonra həyat yoldaşına zəng etsə də, onunla əlaqə yarada bilməyib.