NIKOIL | Bank-dan sərfəli daxili ipoteka şərtləri


Digərləri 19 Okt 2018 16:17:31 304 0

NIKOIL | Bank-dan sərfəli daxili ipoteka şərtləri

NIKOIL | Bank yeni daxili ipoteka məhsulunu təqdim edir, hansı ki, arzuladığınız mənzilə sahib olmaqla yanaşı, sizə torpaq sahəsi alıb və orada xəyallarınızdakı evi tikmək fürsəti yaradır.

Bakı. NIKOIL | Bank yeni daxili ipoteka məhsulunu təqdim edir, hansı ki, arzuladığınız mənzilə sahib olmaqla yanaşı, sizə torpaq sahəsi alıb və orada xəyallarınızdakı evi tikmək fürsəti yaradır. Bankdan Trend-ə verilən məlumata görə, daxili İiotekanın üstünlüyü ondan ibarətdir ki, sabit gəliri olan Azərbaycan Respublikasının vətəndaşları və ölkəmizin rezidenti olmayan şəxslər peşəsindən və gəlir mənbəyində asılı olmayaraq İpoteka kreditini rəsmiləşdirə bilər. Bugün NIKOIL | Bank ipoteka kreditləşməsi sahəsində liderlərdən biridir. Sadələşdirilmiş kredit şərtləri sayəsində Bankın təqdim etdiyi Daxili ipoteka cəlbedici məhsul hesab oluna bilər. Daxili ipoteka şərtlərinə əsasən kredit 15% illik faiz dərəcəsi ilə 7 il müddətinə qədər verilir və maksimal məbləğ 300000 AZN təşkil edir. Kreditin rəsmiləşdirilməsi zamanı bank komissiyaları tutulmur və əmlakın sığortalanması tələb olunmur. Kredit verilən zaman alınan əmlakın dəyərinin 30% məbləği əvvəlcədən ödənilməlidir. Qeyd etmək lazımdır ki, NIKOIL | Bank-ın daxili ipoteka krediti ilə yeni tikilmiş binalarda dövlət daşınmaz əmlak reyestrindən çıxarış olmadan da mənzilə sahib ola bilərsiniz. Daxili ipoteka şərtləri ilə daha ətraflı bankın rəsmi saytına daxil olmaqla tanış olun.