Sürüşmələrlə bağlı son vəziyyət “Ərazinin böyük hissəsi uçub...”


Digərləri 19 Okt 2018 15:39:00 243 0

Sürüşmələrlə bağlı son vəziyyət  “Ərazinin böyük hissəsi uçub...”

"Əsas məsələ odur ki, sürüşmənin dərinlik müstəvisini tapmaqdır".

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, minlərlə kubmetr sürüşmə davam edir:

"Biz bunun qarşısını almaq üçün iş görürük. İlk növbədə bu ərazinin elmi cəhətdən tədqiqat işlərini aparıb bunun dərdini öyrənmək lazımdı. Dron çəkilişləri də aparılır, kompleks tədbirlər görülür. Burada hələ sürüşmə prosesi davam edir. Teleqüllə ətrafında olan sürüşmədən sonra iki sürüşməyə meyilli zona tapılıb, nə vaxtsa sürüşəcək. Amma orada 4 ay analiz aparmışdıq".