Modern mağaralar


Digərləri 19 Okt 2018 15:25:00 234 0

Modern mağaralar

Bu yazımda bir müşahidəmi sizlərlə bölüşəcəyəm.

Əziz oxucular, yazıma başlamamışdan öncə sizlərdən aldığım məktubların, yazılarıma yazılan kiçik şərhlərin mənim üçün çox önəmli olduğunu bildirmək istərdim.

Cavab yazmasam da, bilməyinizi istərdim ki, hər birinizin fikirləri mənim üçün olduqca dəyərlidir.

Son zamanlar yazılarımda qəribə ağırlıq olduğuyla bağlı məktublar alıram.

Qeyd-şərtsiz razıyam.

Yazılarım ruh halım kimi dağınıqdır.

Əvvəlki satira, sarkazm, istehza, yumor son yazılarımda yoxdur.

Amma bu yazılarımın da lazımlı olduqlarını düşünürəm.

Bir oxucum hətta yaşlı pedaqoqlar kimi deyingən olduğumu düşünür.

Etiraz etmirəm.

Son vaxtlar, peşə təhsili alıb, 40 il kənd məktəbində işlədikdən sonra məcburi təqaüdə göndərilən müəllim qədər deyingən olmuşam.

Səbəbini bilmədiyim üçün yazılarımdakı ovqatın dəyişməyi, yəqin ki, uzun çəkəcək.

Xülasə, deyingənliyimə davam etməyi düşünürəm.

***

Bu yazımda bir müşahidəmi sizlərlə bölüşəcəm.

İnsani münasibətlər sürətlə öz ibtidai halına qayıdır.

Xüsusilə ailə, sevgi və dostluq münasibətləri müasirlik, modernlik pərdəsi altında erroziyaya uğradıqca öz ibtidasına daha çox bənzəyir.

Sosioloqların fikirlərinə görə, ibtidai cəmiyyətlərin ailə quruluşu və sosial həyatı, bizə müasirlik adı altında sırınan münasibətlərə çox bənzər olub.

İbtidai cəmiyyətlər fərdlər arasındakı istənilən böyük fərqləri görə bilmirdi və müasir cəmiyyətdə də oxşar münasibətləri müşahidə etmək mümkündür.

Bir çox təcrübəli araşdırmaçılar ibtidai cəmiyyətlərin sevgi münasibətlərindən rahatlıqla uzaqlaşmalarından və sevgililərin bir-birinin yerinə keçə bilmələrindən bəhs edirlər.

Bu barədə uzun-uzadı izahata gərək yoxdur.

Cəmiyyətimizi müşahidə etsək, XXI əsrdə hər şeyin nə qədər ibtidailəşdiyinin şahidi ola bilərik.

Məncə, çəkilən filmlər, yazılan romanlar, şeirlər insan ruhunu aliləşdirmir.

Müasir insan oxuduqca, öyrəndikcə, elmi-texniki tərəqqinin müasir imkanlarından istifadə etdikcə ibtidailəşir.

İnsan yenidən mağaraya çəkilir.

***

Antropoloq Audrey Riçard 1930-cu illərdən etibarən uzun müddət Şimali Rodeziyadakı bembalılar arasında yaşayıb.