Bakı-Şamaxı yolunun 101-117-ci km-lik hissəsi genişləndirilir (FOTO/VİDEO)


Digərləri 19 Okt 2018 15:20:00 74 0

Bakı-Şamaxı yolunun 101-117-ci km-lik hissəsi genişləndirilir (FOTO/VİDEO)

Magistralın bu hissəsində iki ədəd yeni avtomobil körpüsünün tikintisi nəzərdə tutulub.

Bakı. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik (16 km ) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası davam etdirilir. Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, layihə Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Regionların 2014-2018-ci illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə həyata keçirilir. Yenidənqurma işlərinin 2020-ci ilədək yekunlaşdırılması nəzərdə tutulub. Layihəyə uyğun olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 16 km-lik hissəsi 4 hərəkət zolaqlı olacaq. Yol yatağının eni 27.5 m, yolun hərəkət hissəsinin eni 15 m, hərəkət zolaqlarının eni 3.75 m, ayrıcı zolağın eni 5 m, çiyinlərin eni isə 3.75 m təşkil edəcək. Layihəyə uyğun olaraq işçi cizgilərin hazırlanması, bitki qatının çıxarılması, torpaq yatağının tikintisi, torpaq yatağının üst layının hamarlanması işləri yerinə yetirilir. Digər hissələrdə layihəyə uyğun torpaq işləri və yatağın tikintisi işləri aparılır. Aparılan yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 7.5 m-dən 15 metrə qədər genişləndirilib. Magistralın bu hissəsində iki ədəd yeni avtomobil körpüsünün tikintisi nəzərdə tutulub. Körpülər yolun 1114.5-ci km-də Acıdərə çayı və 117-ci km-də Pirsaatçay üzərindən salınır. Acıdərə çayı üzərində tikiləcək körpü 3 aşırımlı olmaqla 62.2 metr, Pirsaatçay körpüsü isə 3 aşırımlı olmaqla 107.2 metr uzunluğunda olacaq.
Dünya çempionatında finalçılar müəyyənləşdi like
  • 19 Okt 15:19  
İdman Dünya çempionatında finalçılar müəyyənləşdi

Qadın voleybolçular arasında dünya çempionatında y

arrow Ətraflı
Müğənni Damlanın həbsdə olan eks əri azadlığa çıxdı like
  • 19 Okt 15:12  
Şou-biznes Müğənni Damlanın həbsdə olan eks əri azadlığa çıxdı

Müğənni Damlanın həbsdə olan eks həyat yoldaşı azadlığa çıxıb.

arrow Ətraflı
Cinayət başında tutuldu like
  • 19 Okt 15:07  
Digərləri Cinayət başında tutuldu

Polis əməkdaşlarının sayıqlığı sayəsində dəmir yolu stansiyası əra

arrow Ətraflı
YAP ərazi ilk partiya təşkilatının hesabat seçki yığıncağı keçirilib (FOTO) like
  • 19 Okt 15:05  
Digərləri YAP ərazi ilk partiya təşkilatının hesabat seçki yığıncağı keçirilib (FOTO)

Diasporla İş üzrə Dövlət Komitəsində Yeni Azərbaycan Partiyası ərazi

arrow Ətraflı
Bakıda qadını intim fotolarla şantaj edən şəxsə hökm oxundu like
  • 19 Okt 15:03  
Digərləri Bakıda qadını intim fotolarla şantaj edən şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb

arrow Ətraflı
Xalq artistindən həmkarlarına SƏRT İRAD: "Mən Qarabağ faciəsindən sonra..." like
  • 19 Okt 14:58  
Şou-biznes Xalq artistindən həmkarlarına SƏRT İRAD: "Mən Qarabağ faciəsindən sonra..."

Nəsimi Adına Dilçilik İnstitutu musiqi ifaçıları və ədəbi dil norması

arrow Ətraflı
Erməni Kardaşyan söyüldü like
  • 19 Okt 14:54  
Digərləri Erməni Kardaşyan söyüldü

ABŞ-ın ən populyar realiti-şou ulduzlarından biri, pornoqrafik videoları y

arrow Ətraflı
Bakı şəhər sakinindən narkotik vasitə götürülüb like
  • 19 Okt 14:47  
Digərləri Bakı şəhər sakinindən narkotik vasitə götürülüb

Bakı şəhər sakini E.Hüseynovdan marixuana götürülüb

arrow Ətraflı
Bu gün axşam saatlarında hava necə olacaq? like
  • 19 Okt 14:37  
Digərləri Bu gün axşam saatlarında hava necə olacaq?

Bu gün axşam saatlarında gözlənilən hava şəraiti ilə bağlı məlumat a

arrow Ətraflı