Dünya çempionatında finalçılar müəyyənləşdi


İdman 19 Okt 2018 15:19:00 215 0

Dünya çempionatında finalçılar müəyyənləşdi

Qadın voleybolçular arasında dünya çempionatında yarımfinal oyunları keçirilib.

Goal.az xəbər verir ki, Yaponiyadakı mundialın ilk finalçısı Serbiya – Hollandiya matçında müəyyənləşib.

3:1 (25:22, 26:28, 25:19, 25:23) hesabı ilə qalib gələn balkanlılar çempionatın ilk finalçısı olub. Digər qarşılaşmada İtaliya Çini məğlub edib – 3:2 (25:18, 21:25, 25:16, 29:31, 17:15).

Mundialın həlledici görüşləri sabah baş tutacaq.