Bir sıra qanunlarda dəyişikliklər bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində çox faydalı olacaq


Digərləri 19 Okt 2018 15:13:00 206 0

Bir sıra qanunlarda dəyişikliklər bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində çox faydalı olacaq

Bir sıra qanunlarda dəyişikliklər bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində çox faydalı olacaq.

Bakı. Elçin Mehdiyev - Oktyabrın 19-da Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. Trend-in məlumatına görə, iclası açan komitə sədri Arif Rəhimzadə əvvəlcə “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi şərh edib. Qeyd edib ki, ölkə Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olmuş qanun layihəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 2018-ci il 13 fevral tarixli qanunun tətbiqi ilə əlaqədar hazırlanıb. Qanunun tələblərinə uyğun olaraq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar bələdiyyələrə müəyyən edilmiş qaydada və ödəniş əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatları verilməlidir. Bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Bələdiyyələrin yazılı və ya elektron sorğuları əsasında daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilmə qaydası və bununla bağlı ödənişlərin miqdarı” müəyyən edilib. Komitə sədri bildirib ki, qanunda edilən dəyişikliklər özündə bu məsələləri ehtiva edir.