Cinayət başında tutuldu


Digərləri 19 Okt 2018 15:07:00 257 0

Cinayət başında tutuldu

Polis əməkdaşlarının sayıqlığı sayəsində dəmir yolu stansiyası ərazisindən oğurluq etməkdə şübhəli bilinən şəxs cinayət başında yaxalanıb. 

DİN-dən Son.az-a verilən məlumata görə, oktyabrın 18-də saat 19 radələrində Bakı şəhər sakini Bayramalı Mirzəyev Əhmədli dəmir yolu stansiyasının ərazisindən 60 ədəd taxta şpal, 30 ədəd metal şpal altlığını, 60 ədəd şpal birləşdiricisini, 4 ədəd rels bağlayıcısını və digər əşyaları avtomobilə yükləyib apararkən Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.